“10 MİLYARD DOLLARI “YASTIQ ALTINDA” SAXLAYIRLAR”
“10 MİLYARD DOLLARI “YASTIQ ALTINDA” SAXLAYIRLAR”
BAŞ BANKİRDƏN ƏHALİYƏ ÇAĞIRIŞ
Ölkə əhalisi təxminən 10 milyard dolları “yastıq altında” saxlayır. Mərkəzi Bankın sədri Taleh Kazımov belə deyib. Onun sözlərinə görə bu vəsait real iqtisadiyyata cəlb olunmadığı üçün “ölü kapital” hesab edilir və ölkənin maliyyə dövriyyəsinə ciddi təsir göstərir. Baş bankir qeyd edib ki, dövriyyədə olan nağd manatın çox böyük hissəsi bank sisteminə daxil olmur. Taleh Kazımov əhalini vəsaitləri evdə saxlamaq əvəzinə banklara, bazara və ya investisiya vasitələrinə yönəltməyə çağırıb: “Bu pulların iqtisadiyyata daxil olması həm bazar üçün, həm də ölkənin maliyyə sabitliyi üçün vacibdir”-deyə Mərkəzin Bankın sədri deyib.




