11 GÜNLÜK BAYRAM TƏTİLİ BAŞLAYIR
11 GÜNLÜK BAYRAM TƏTİLİ BAŞLAYIR
QEYRİ-İŞ GÜNLƏRİNDƏ ÇALIŞANLARA ÖDƏNİŞ QAYDALARI NECƏDİR?
20 martdan Azərbaycanda bayram tətili başlayır. Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. Şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 gün tətil olacaq. 31 mart isə bayramdan sonra ilk iş günü hesab edilir. Əmək Məcəlləsinə görə , işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir. Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.




