12 MİN ƏMƏKDAŞ İXTİSAR EDİLƏCƏK
12 MİN ƏMƏKDAŞ İXTİSAR EDİLƏCƏK
YAPON NƏHƏNGİ TV BİZNESİNİ ÇİN ŞİRKƏTİNƏ HƏVALƏ ETDİ
Yaponiyanın Panasonic Corporation şirkəti restrukturizasiya çərçivəsində Şimali Amerika və Avropadakı televiziya satış əməliyyatlarını Çinin Skyworth Group şirkətinə ötürür. Təhvil prosesi aprel ayından başlayacaq. Maliyyə şərtləri hələ ki, açıqlanmayıb.Şirkət eyni zamanda qlobal miqyasda 12 min əməkdaşını ixtisar edəcəyini bildirib.“Panasonic”in bu addımı xərclərin azaldılması və səmərəliliyin artırılması strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkət gələcəkdə diqqətini Asiya bazarlarına yönəltməyi planlaşdırır.




