18 HOTELİN ULDUZ KATEQORİYASI LƏĞV OLUNDU
18 HOTELİN ULDUZ KATEQORİYASI LƏĞV OLUNDU
AZƏRBAYCANDA MEHMANXANALARLA BAĞLI YOXLAMALAR
2025-ci ilin əvvəlindən indiyə qədər Azərbaycanda 96 hotel yoxlaması keçirilib. Onlardan 94-ü planlı, 2-si isə şikayət əsasında olub.Bu barədə Reporta Dövlət Turizm Agentliyindən bildirib.Yoxlamalar zamanı xırda nöqsanlar aşkarlanıb və hotellərə düzəliş üçün vaxt verilib. Lakin 18 hotelin ulduz sertifikatı ləğv edilib, bir hotel isə daha aşağı ulduz dərəcəsinə uyğun sayılıb. Azərbaycanda 283 ulduzlu hotel fəaliyyət göstərir ki, onların 208-i Bakıdadır.




