18 İLDƏN SONRA İLK DƏFƏ
18 İLDƏN SONRA İLK DƏFƏ
AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 142 DOLLARA YAXINLAŞDI
2008-ci ildən sonra ilk dəfə Azərbaycan neftinin qiyməti 142 dollara yaxınlaşıb. Belə ki,dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları artaraq 141,68 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 11,07 ABŞ dolları artaraq 135,15 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.




