20 İLLİK DANIŞIQLARDAN SONRA İLK DƏFƏ
AVROPA VƏ HİNDİSTAN RÜSUMSUZ TİCARƏTƏ BAŞLAYIR
Avropa İttifaqı və Hindistan 20 illik danışıqlardan sonra tarixi azad ticarət sazişi üzrə razılığa gəlib. Razılaşma Aİ-nin 27 ölkəsi ilə dünyanın ən çox əhalisi olan Hindistan arasında ticarət maneələrinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur və qlobal ÜDM-in təxminən 25%-ni, 2 milyardlıq bazarı əhatə edir. Avropa Komissiyasının bildirdiyinə görə, saziş kimyəvi maddələr, maşınlar, elektrik avadanlıqları, həmçinin təyyarələr və kosmik aparatların ixracının böyük hissəsi üzrə tariflərin mərhələli şəkildə azaldılmasını və sonda tam ləğvini nəzərdə tutur. Xüsusilə vacib məqam ondan ibarətdir ki, hazırda 110 faizə çatan avtomobil rüsumları 250 min avtomobil kvotası daxilində 10 faizə endiriləcək. Maraqlıdır ki, bu saziş ABŞ-ın həm Hindistana, həm də Avropaya təzyiqləri artırdığı bir vaxtda bağlanıb




