2024-DƏ 140 MİLYON MANAT ZƏRƏR
2024-DƏ 140 MİLYON MANAT ZƏRƏR
METROPOLİTENİN BORCU 3 MİLYARDI KEÇDİ
“Bakı Metropoliteni” QSC 2024-cü ili fəaliyyətini 139.62 milyon manat xalis zərər ilə yekunlaşdırıb. Zərər bir ildə 81,6% artıb və 3 milyardı ötüb. Gəlirlər artsa da, xərclər 294,2 mln manata yüksəlib. Ən böyük yük əsas vəsaitlərin dəyərsizləşməsi , əməkhaqqı və elektrik xərcləri olub. Gəlirin əsas mənbələri sərnişindaşıma və dövlət subsidiyalarıdır. Metronun aktivləri 418,8 mln manat, kapitalı isə 385,5 mln manata enib. Eyni zamanda, 731,4 mln manatlıq yeni stansiya və tunel layihələri davam edir.b




