2026-CI İLDƏ DÜNYANIN ƏN ZƏNGİN 10 ŞƏXSİ
ÜMUMİ SƏRVƏTLƏRİ 2 TRİLYON DOLLARI KEÇDİ
2026-cı ildə dünyanın ən varlı 10 şəxsinin ümumi sərvəti 2,625 trilyon dollara çatıb. “Forbes” jurnalının reytinqinə əsasən, siyahıya Tesla və SpaceX-in rəhbəri İlon Mask başçılıq edir.Belə ki, İlon Mask 726 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin şəxsi olaraq birinci yerdə qərarlaşıb. Onu 276 milyard dollarla “Google”un qurucularından biri Larri Peyc izləyir. Üçüncü pillədə 254 milyard dollar sərvəti ilə “Amazon”un yaradıcısı Ceff Bezos yer alıb. Eyni məbləğlə digər “Google” həmtəsisçisi Sergey Brin dördüncü sırada qərarlaşıb.Siyahının davamında 252 milyard dollarla “Oracle”un qurucusu Larri Ellison beşinci, 215 milyard dollarla “Meta”nın rəhbəri Mark Zukerberq altıncı yerdədir. Fransalı iş adamı, LVMH qrupunun sahibi Bernar Arno 194 milyard dollarla yeddinci pillədə qərarlaşıb.“Forbes”in reytinqində səkkizinci yeri 161 milyard dollar sərvəti ilə “Nvidia”nın baş direktoru Censen Huanq tutur. “Inditex” qrupunun qurucusu Amansio Orteqa 147 milyard dollarla doqquzuncu, məşhur investor Uorren Baffet isə 146 milyard dollarla ilk onluğu tamamlayır.Qeyd edək ki, siyahıdakı şəxslərin böyük əksəriyyəti texnologiya və investisiya sektorlarını təmsil edir və bu da qlobal sərvət artımında texnologiyanın rolunu bir daha ön plana çıxarır.




