2026-CI İLİN BÜDCƏ LAYİHƏSİNDƏ DƏYİŞİKLİK EDİLİB
MÜDAFİƏ XƏRCLƏRİ ARTIRILIR
2026-CI İLİN BÜDCƏ LAYİHƏSİNDƏ DƏYİŞİKLİK EDİLİB
2026-cı ilin dövlət büdəcsində dəyişiklik edilib və müdafiə xərcləri artırılıb. Müdafiə və milli təhlükəsizlik, hüquq mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Ərzaq və qida təhlükəsizliyi çərçivəsində, heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.




