22 İL ƏVVƏL ÖLƏN QADININ ADINA BORC HESABLANDI
22 İL ƏVVƏL ÖLƏN QADININ ADINA BORC HESABLANDI
MƏHKƏMƏ ÖDƏNİŞİN SİLİNMƏSİNƏ QƏRAR VERDİ
“Azəriqaz” İstehsalat Birliyi 22 il əvvəl vəfat edən qadının adına 2020–2024-cü illər üzrə 12 824 manat borc hesablayıb. Oxu az xəbər verir ki, mərhumun nəvəsi bu qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. Araşdırma zamanı məlum olub ki, həmin ünvanda quraşdırılan qaz sayğacında və borularda hər hansı kənar müdaxilə izinə rast gəlinməyib. Xətai Rayon Məhkəməsi iddianı təmin edib və “Azəriqaz”ın hesabladığı 12 824 manatlıq borc tamamilə silinib.




