35 MİLYON DOLLAR TƏZMİNAT VERİLƏCƏK
EPŞTEYNİN QADIN QURBANLARINA KOMPENSASİYA PAKETİ
Qalmaqallı milyarder Ceffri Epşteynə qarşı zorakılıq iddiası ilə çıxış edən qadınlara 35 milyon dollara qədər ödəniş ediləcək. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Sənədlərə əsasən, qurbanların sayı 40-dan çox olarsa, ödəniş 35 milyon dollar, az olarsa, 25 milyon dollar təşkil edəcək.Ödəniş isə Epşteynin mirasından maliyyələşdiriləcək. Qeyd edək ki, daha əvvəl Epşteyn Qurbanlarına Kompensasiya Proqramı çərçivəsində iki dəfə ödəniş həyata keçirilib. Belə ki, 136 iddiaçıya 121 milyon dollar, 59 qurban üçün isə əlavə 48 milyon dollar ödənilib.
ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunan və 2019-cu ildə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıb. “1953-cü il Trastı” adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur. ictimaiyyətə açıqlayıb.




