40 MİN DOLLAR ÖDƏ, ƏSGƏRLİYƏ GETMƏ
ERMƏNİSTANDA YENİ QANUN
40 MİN DOLLAR ÖDƏ, ƏSGƏRLİYƏ GETMƏ
Ermənistan parlamenti hərbi xidmətlə bağlı qanuna dəyişikliyi təsdiq edib. Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, 27 yaşına çatan və bu vaxta kimi hərbi xidmət keçməyən şəxslər müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən yayınmaq imkanına malikdirlər.
Onlara 5 seçim təklif olunacaq:
- 2 il xidmət etmək;
- 1 il xidmət etmək və 6 200 dollar ödəmək;
- 6 ay xidmət etmək və 12 400 dollar ödəmək ;
- 1 ay xidmət etmək və 24 800 dollar ödəmək ;
- və yaxud ümumiyyətlə hərbi xidmət etməmək və 39 400 dollar ödəmək.
DAHA 8 KOB SUBYEKTİNƏ “STARTAP” ŞƏHADƏTNAMƏSİ VERİLİB
GƏLİR VERGİSİNDƏN AZAD OLUNAN SAHİBKARLARIN SAYI 255-Ə ÇATIB
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Təqdim edilən “Startap” şəhadətnamələri KOB subyektlərini müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib.




