400 MİNDƏN ÇOX ŞOKOLAD YOXA ÇIXDI
AVROPADA 12 TON “KİTKAT” OĞURLANDI
“Nestle” şirkətinə məxsus 12 ton “KitKat” şokolad daşıyan yük maşını Avropada oğurlanıb.Məlumata görə, yük maşını İtaliyadan Polşaya doğru 400 mindən çox şokolad baton daşıyıb. Hadisə zamanı xəsarət alan olmayıb.Qeyd olunur ki, oğurlanan məhsullar “Formula-1” üçün nəzərdə tutulmuş xüsusi partiyaya aiddir və unikal kodlarla işarələndiyi üçün izlənilməsi mümkündür. Hadisə ilə bağlı araşdırma aparılır.




