45 KONTEYNERLİK İLK YÜK ARTIQ YOLDADIR
ÇİNDƏN ORTA DƏHLİZ VASİTƏSİLƏ AZƏRBAYCANA
45 KONTEYNERLİK İLK YÜK ARTIQ YOLDADIR
Çindən Orta Dəhliz vasitəsilə Azərbaycana doğru ilin ilk yük qatarı yola salınıb. “Çin Enerji İnşaat Korporasiyası”na məxsus, günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsini təmin edən fotovoltaik panellər daşıyan 45 konteynerlik qatar Çinin Sian şəhərindən çıxıb.Bu, 2026-cı ildə Orta Dəhliz – Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Çindən hərəkət edən ilk qatardır. Qatar yanvarın 1-də yola düşüb, Horqos sərhəd-keçid məntəqəsindən Qazaxıstana daxil olub. Daha sonra Xəzər dənizi vasitəsilə daşınaraq Bakıya çatacaq.




