500 SƏRNİŞİN GECƏNİ TƏYYARƏDƏ KEÇİRDİ
500 SƏRNİŞİN GECƏNİ TƏYYARƏDƏ KEÇİRDİ
ALMAN “DƏQİQLİYİ”: SÜRÜCÜLƏR İŞ VAXTI BİTDİYİ ÜÇÜN ÇIXIB GETDİLƏR
Münxen–Kopenhagen reysi ilə uçan 500 sərnişin bütün gecəni təyyarənin içində, hava limanının ortasında keçirməli olub. Səbəb isə peron avtobuslarının sürücülərinin növbə vaxtı bitdiyi üçün iş yerini tərk etməsidir. Hava limanının daxili qaydalarına görə sərnişinlərin təyyarədən piyada düşməsinə icazə verilməyib. Cəmi 90 dəqiqəlik qısa uçuş üçün nəzərdə tutulan təyyarə isə sərnişinlərin gecələməsi üçün heç bir şəraitə malik olmayıb. İnsanlar səhərə qədər dar oturacaqlarda sürücülərin işə qayıtmasını gözləyiblər.




