8 MİN MANAT KİMLƏRƏ VERİLƏCƏK?
8 MİN MANAT KİMLƏRƏ VERİLƏCƏK?
VƏRƏSƏLƏR ÜÇÜN YENİ MÜAVİNƏT TƏTBİQ OLUNUR
Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə, dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq maaşı təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat olacaq.




