Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
ƏFLATUN AMAŞOV QƏZAYA DÜŞÜB
March 25, 2026
BU MAŞINLAR SÜRÜCÜLƏRİN ÜMİDLƏRİNİ DOĞRULTMADI
March 25, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/Qlibal bazarlarda son vəziyyət
İqtisadiyyatQlobalXəbərlər

Qlibal bazarlarda son vəziyyət

September 9, 2024

Çərşənbə günü ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb. Dolların ucuzlaşması qızılın qiymətinə müsbət təsir göstərib və dəyərli metalın qiyməti 2499$ həddini test edib. Neftin qiyməti isə oktyabr ayından etibarən “OPEC+”-n hasilatı artıracağına dair ehtimalların güclənməsi fonunda təzyiq altında qalmaqda davam edir.

Belə ki, ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun press-relizinə əsasən, ölkənin ticarət saldosunun kəsiri iyun ayı ilə müqayisədə iyul ayında 5.8 milyard dollar və ya 7.9% artaraq 78.8 milyard dollara çatıb. Həmçinin, ABŞ-ın ixrac həcmi 266.6 milyard dollar, idxal həcmi isə 345.4 milyard dollar təşkil edib. Ölkədə əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) 7.673 milyona enib. Analitiklər göstəricinin 8.09 milyon səviyyəsində olacağını proqnoz etmişdilər.

Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ-ın 12 federal dairəsinin hər birində mövcud iqtisadi vəziyyət haqqında hesabatı özündə əks etdirən “Bej Kitab”-a görə, ölkənin əksər bölgələrində iqtisadi fəallıq iyul-avqust aylarında bir qədər azalıb və ya sabit qalıb.

Əksər bölgələrdə istehlak xərcləri əvvəlki hesabat dövründə sabit qaldıqdan sonra, bu ay azalıb. Avtomobil satışının dinamikası qeyri-bərabərdir, bəzi yerlərdə artım, digərlərində isə yavaşlama müşahidə olunur. Yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlak və tikinti sektorunda aktivlik göstəriciləri qarışıq olub, bəzi bölgələrdə yeni ev satışlarının həcminin azaldığı bildirib. İstehsal aktivliyi də azalıb⬇️.

Çərşənbə günü Kanada Bankı (ölkənin Mərkəzi bankı) uçot dərəcəsini 4.25%-ə çatdırıb. Dərc olunan göstərici analitiklərin proqnozlarını təkrarlayıb. Avrozonanın xidmət sektorunda PMI indeksi isə 52.9 bəndədək yüksəlib. Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 52.5 bənddən 51.2 bəndədək geriləyib. Böyük Britaniyada isə müvafiq göstərici 52.5 bənd səviyyəsindən 53.7 bənd səviyyəsinə qədər yüksəlib⬆️.

📌Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Əvvəlki yazı

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

Növbəti yazı

Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV