Mikro və Kiçik Sahibkarlar üçün Ödənişsiz “KOB Bazar” Yarmarkası Keçiriləcək
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mart ayından etibarən hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası təşkil edəcək.
Biznes TV KOBİA-ya istinadən xəbər veriri ki yarmarkanın məqsədi mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaq və onların bazar imkanlarını genişləndirməkdir.
Yarmarka haqqında əsas məlumatlar:
- Təklif olunan məhsullar: Kənd təsərrüfatı və qida məhsulları
- Məkan: Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsi
- Qeydiyyat müddəti: Mikro və kiçik sahibkarlar 17 fevral 2025-ci il tarixinədək müraciət edə bilərlər.
Müraciət üçün sahibkarlar KOBİA-nın rəsmi saytındakı xüsusi formanı doldurmalıdırlar: Qeydiyyat forması.
Əlavə məlumat üçün əlaqə:
- Telefon: (+99412) 4040401 (daxili 253)
Qeyd edək ki, “KOB bazar” yarmarkasında iştirak ödənişsizdir. Bu, mikro və kiçik sahibkarlar üçün öz məhsullarını tanıtmaq və satmaq üçün əla fürsətdir.




