Comelson Business Forum 2025
Azərbaycanın ən dinamik biznes tədbirlərindən biri – Comelson Business Forum 2025 uğurla baş tutdu.
Bu il “Zirvədə Mükəmməllik!” şüarı altında keçirilən forum ölkənin startap ekosistemi və böyük biznes nümayəndələrini bir araya gətirərək əməkdaşlıq, innovasiya və inkişaf üçün geniş imkanlar yaratdı.
Tədbirin əsas məqsədi sahibkarları vahid platformada birləşdirmək, yeni biznes ideyalarının müzakirəsinə şərait yaratmaq və potensial tərəfdaşlıqların qurulmasını dəstəkləmək oldu. Forum çərçivəsində innovativ həllərin təqdimatı, təcrübə mübadiləsi və biznes sektorunda yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində yer aldı.




