ALPHABET APPLE-I GERİDƏ QOYDU
DÜNYANIN ƏN BÖYÜK 20 ŞİRKƏTİ AÇIQLANDI
Bazar kapitallaşmasına görə dünyanın ən böyük 20 şirkətinin siyahısı açıqlanıb. Bu barədə bazar kapitallaşmalarını hesablayan portal məlumat yayıb. Son reytinqə əsasən dünyanın ən böyük şirkətləri arasında maraqlı dəyişikliklər baş verib. Nvidia 4,5 trilyon dollar bazar dəyəri ilə liderliyini qoruyaraq texnologiya sektorunda hegemonluğunu bir daha təsdiqləyib. Çip istehsalçısının sürətli yüksəlişi süni intellektə artan tələblə birbaşa əlaqələndirilir. Google-un ana şirkəti Alphabet -isə 3,93 trilyon dollarlıq bazar kapitallaşması ilə Apple-ı geridə qoyaraq siyahıda ikinci yerə yüksəlib. Şirkətin səhmləri 329,31 dollar səviyyəsinə çatıb. Apple 3,84 trilyon dollarla üçüncü pillədə qərarlaşıb, Microsoft isə 3,55 trilyon dollarla dördüncü yeri tutur.Amazon – 2,63 trilyon dollarla beşincidir. Siyahıda Meta,tesla, Walmart Visa ,Samsung ,Oracle , Mastercard kimi şirkətlər də yer alır.




