KEÇMİŞ BAŞ NAZİRİN EVİNDƏN MÜSADİRƏ
KEÇMİŞ BAŞ NAZİRİN EVİNDƏN MÜSADİRƏ
6,5 MİLYON DOLLAR DÖVLƏTƏ QAYTARILDI
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin evindən istintaq çərçivəsində müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb. Bu barədə onun vəkili Mixeil Şakulaşvili məlumat verib.O, şərab sənayesindən əldə etdiyi gəlirləri bəyan etməməkdə ittiham olunur və bu əməlin maliyyə xarakterli hüquqpozma olduğu bildirilir. Qeyd edək ki, İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib, 1 milyon lari cərimə olunub və iki avtomobili müsadirə edilib.




