“AZERCELL” TARİFLƏRİ ARTIRDI
MOBİL KREDİTLƏR ÜZRƏ YENİ QİYMƏTLƏR
“Azercell” simkredit xidmətləri üzrə tarifləri artırıb. Qərara əsasən, 1 manatlıq simkredit üçün xidmət haqqı 20 qəpikdən 30 qəpiyə, 2 manatlıq simkredit üçün 40 qğpikdən 60 qəpiyə qalxıb. Eyni artım 2 manatlıq simtaksit xidmətinə də şamil olunub. 3 manatlıq simkredit üzrə xidmət haqqı isə 60 qəpikdən 90 qəpiyə qaldırılıb. Bununla yanaşı, “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər bir sorğu üçün 12 qəpiklik haqq tətbiq ediləcək. Qeyd edək ki, indiyədək “Simkredit” xidmətindən istifadə zamanı göndərilən hər SMS-in qiyməti 80 qəpik təşkil edir. Yeni tariflərin tətbiqi mobil rabitə istifadəçiləri üçün kredit xidmətlərindən yararlanma xərclərinin artmasına səbəb olacaq.




