İSRAİL TƏHLÜKƏSİZ XİDMƏTİNDƏ ARAŞDIRMA
“12 GÜNLÜK MÜHARİBƏ” PROQNOZU İLƏ 150 MİN DOLLARDAN ÇOX QAZANDI
İsrail Müdafiə Qüvvələri və İsrailin daxili təhlükəsizlik və kəşfiyyat xidməti “ŞABAK”a çıxışı olan bir əməkdaş mərc saytında “12 günlük müharibə” ilə bağlı dörd dəqiq proqnoz verib və bununla 150 min ABŞ dollarından çox pul qazanıb. Hadisə 2025-ci ildə, İran–İsrail müharibəsindən əvvəl baş verib. Proqnozların yüksək dəqiqliyi İsrail təhlükəsizlik xidmətlərinin diqqətini çəkib. Məlum olub ki, proqnozları verən şəxs elə təhlükəsizlik qurumunda çalışan əməkdaşdır. Hadisə ilə bağlı araşdırmalar davam edir




