“NETWORKING AZERBAIJAN” BİZNES KLUBUNUN QALA GECƏSİ
Networking Azerbaijan biznes klubu 2025-ci ilinyekunlarına və 2026-cı ilin planlarına həsr edilmiş təntənəli Gala gecəsi keçirib. Tədbirdə 300-dən çox iş adamı, şirkət və dövlət nümayəndəsi iştirak edib. Gala gecəsində “Networking Azerbaijan” üzvlüyünün sahibkarlara verdikləri üstünlüklər, il ərzində təşkiledilən tədbirlər, keçirilən görüşlər haqqında məlumat verilib.
SİNXRON:
Biznes klubun ötən il sahibkarları ümumilikdə 20-dək tədbirdə bir araya gətirərək, onlar üçün bizneslərinə faydalı olan imkanlar açıb.
Şüarı “Əhatəniz qədər güclüsünüz!” olan klub təşkil etdiyi görüş və tədbirlərdə iş adamlarını müxtəlif sahələri əhatə edən maraqlı mövzularda müzakirələrə cəlb edib.
İNTERŞUM:
Qeyd edək ki, Networking Azerbaijan biznes klubu 2017-ci ildən fəaliyyət göstərir və indiyədək 5000-dən çox müxtəlif istiqamətli şəbəkələşmə tədbiri keçirib.




