ƏN ÇOX QIZIL ALAN ÖLKƏLƏRİN ADLARI AÇIQLANDI
AZƏRBAYCAN LİDERLƏR ARASINDADIR
ƏN ÇOX QIZIL ALAN ÖLKƏLƏRİN ADLARI AÇIQLANDI
Dünya Qızıl Şurası 2025-ci il üzrə mərkəzi bankların qızıl alışlarına dair məlumatları açıqlayıb.
Bizim.Media xəbər verir ki, 2025-ci ilin dekabr ayında mərkəzi banklar Beynəlxalq Valyuta Fondu və digər açıq mənbələr vasitəsilə 19 ton qızıl satın alıb. Beləliklə, il üzrə ümumi alışlar 328 tona çatıb.Məlumata görə, qızıl alışına görə ölkəmiz liderlər sırasındasır. Belə ki, Polşa 102 tonla birinci sırada yer alıb. Onu Orta Asiya və Qafqaz ölkələri izləyir. Azərbaycanın 53 ton qızıl alışı ilə siyahıda üçüncü sırada qərarlaşıb.Ən çox qızıl alan ölkələrin siyahısı belədir:QRAFİKA:
- Polşa – 102 ton
- Qazaxıstan – 57 ton
- Azərbaycan – 53 ton
- Braziliya – 43 ton
- Türkiyə və Çin – 27 ton.




