TÜRKİYƏ TOYUQ İXRACINI DAYANDIRIR
NAZİRLİK SƏBƏBİ AÇIQLADI
Türkiyədə fevralın 9-dan etibarən toyuq ixracı dayandırılacaq.Bu qərarın verilməsində məqsəd qiymətlərin tənzimlənməsidir.Qeyd olunub ki, Türkiyədə Ramazan ayı ərəfəsində toyuq istehsalçıları və satıcıları qiymətləri təxminən 15 faiz artırıblar. Bundan sonra ölkənin Ticarət Nazirliyi toyuq məhsullarının ixracının dayandırılacağını açıqlayıb.




