XAMENEİNİN ÖLÜMÜ İLƏ BAĞLI 40 GÜNLÜK MATƏM ELAN EDİLDİ
KEÇİD MƏRHƏLƏSİNƏ RƏHBƏRLİK EDƏCƏK ŞƏXSLƏR MƏLUM OLDU
Rəsmi Tehran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib. Bu barədə İranın Dövlət Xəbər Agentliyi və İSNA məlumat yayıb. “Biz Allaha məxsusuq və Ona qayıdacağıq. İran İslam İnqilabının Ali Lideri sui-qəsd nəticəsində öldürülüb”deyə – bəyanatda deyilir. Bildirilir ki, Xameneinin vəfatı ilə əlaqədar ölkədə 40 günlük matəm elan edilib. “Fars” agentliyi isə yazır ki, hücum zamanı Əli Xamenei ilə yanaşı, onun ailəsinin dörd üzvü, o cümlədən qızı da həlak olub. Qeyd edək ki, hadisə ilə bağlı ölkənin bütün məscidlərində matəm bayraqları qaldırılıb. Küçələrə axışan minlərlə iranlı ali rəhbərin qətlinə görə qisas çağırışları edir. İranda Ali Rəhbər Əli Xameneinin ölümündən sonrakı keçid mərhələsinə İran prezidenti Məsud Pezeşkian, Məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Muhsini İcai və Konstitusiyanın Müdafiəsi Şurasının hüquqşünaslarından biri rəhbərlik edəcəklər.APA “əl-Cəzira”ya istinadən xəbər verir ki, bu barədə açıqlamanı Ali Rəhbərin köməkçilərindən biri verib.




