XAMENEİNİ ƏVƏZ EDƏCƏK ŞƏXS MƏLUM OLDU
“SEPAH”IN YENİ KOMANDANI AÇIQLANDI
Xameneinin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs məlum olub. İSNA agentliyinin məlumatına görə Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib və o müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.Bu arada İranın briqada generalı Sərdar Vahidi SEPAHa yeni komandan təyin edilib. O, daha əvvəl də SEPAH-da yüksək vəzifədə çalışıb.




