BİR İLDƏ SƏRVƏTİ 1,4 MİLYARD DOLLAR ARTDI
BİR İLDƏ SƏRVƏTİ 1,4 MİLYARD DOLLAR ARTDI
KRİPTOVALYUTA TRAMPI DAHA DA ZƏNGİNLƏŞDİRDİ
Donald Trump ikinci prezidentlik müddətinin ilk ilində sərvətini 1,4 milyard dollar artıraraq 6,5 milyard dollara çatdırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas gəlir kriptovalyuta əməliyyatlarından əldə olunub. World Liberty Financial tokenlərinin satışı Trampa təxminən 550 milyon dollar qazandırıb. Şirkətin səhmlərinin bir hissəsinin BƏƏ-dən olan investora satılması isə ona əlavə 200 milyon dollar gəlir gətirib.Hazırda Trampın sahib olduğu token və memkoinlərin ümumi dəyəri təxminən 570 milyon dollardır. Onun şirkətdəki payı isə təxminən 240 milyon dollar qiymətləndirilir.Bundan əlavə, Trampın Mar-a-Lago malikanəsi də var və bu mülkün dəyəri hazırda təxminən 560 milyon dollar hesab olunur.




