BÜDCƏYƏ ƏLAVƏ 2 MİLYARD DOLLAR QAZANDIRDI
BÜDCƏYƏ ƏLAVƏ 2 MİLYARD DOLLAR QAZANDIRDI
HÖRMÜZ BOĞAZININ BAĞLANMASI RUSİYAYA SƏRF ETDİ
İranın Hörmüz boğazını bağlamasından sonra qlobal neft qiymətləri kəskin artıb və bu, Rusiya üçün maliyyə baxımından faydalı olub. Bu barədə “Financial Times” məlumat yayıb.Bildirilib ki, əsas neft ixracatçısı olan Rusiya neft qiymətlərinin yüksəlməsi sayəsində büdcəsinə əlavə 1,3 ilə 1,9 milyard dollar arasında gəlir əldə edib.Hörmüz boğazının bağlanması Yaxın Şərq neftinə çıxışı məhdudlaşdıraraq Rusiya neftinə tələbatı artırıb və qiymətləri yüksəldib. Qlobal tədarükün təxminən 20%-i bu boğazdan keçdiyi üçün bu vəziyyət Rusiya üçün gözlənilməz bir iqtisadi dəstək rolunu oynayıb və ölkənin neft gəlirlərini gücləndirib.




