İSTEHSAL ARTIB, PUL AZALIB
İSTEHSAL ARTIB, PUL AZALIB
AZƏRBAYCAN İQTİSADİYYATINDA PARADOKS
Azərbaycanda 2026-cı ilin yanvar–fevral aylarında 18 milyard 473 milyon manatlıq ÜDM istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% artım deməkdir. Lakin məbləğ ifadəsində iqtisadiyyat təxminən 600 milyon manat azalıb. Buna səbəb bəzi məhsulların, xüsusilə də neftin qiymətinin aşağı düşməsidir. Yəni istehsal həcmi artsa da, qiymətlərin azalması ümumi məbləği aşağı salıb.İlk iki ayda neft sektorunda 1,7% azalma, qeyri-neft sektorunda isə 1,4% artım qeydə alınıb. İqtisadiyyatda ən böyük pay sənaye (32,7%), ticarət (11,4%) və nəqliyyat (7,5%) sahələrinin payına düşür.Bu il Azərbaycanda məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil edib, bu göstərici 2025-ci il 10,6% təşkil edib. Daha bir vacib göstərici isə budur ki, 2025-in ilk 2 ayının nəticələrinə görə, əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manata bərabər olub.




