MUZDLA ÇALIŞAN İŞÇİLƏRİN MAAŞI AÇIQLANIB
MUZDLA ÇALIŞAN İŞÇİLƏRİN MAAŞI AÇIQLANIB
YANVARDA ƏMƏKHAQQINDA İLLİK ARTIM 3,8 FAİZ OLUB
2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı
1103 manat təşkil edib. Bu 2025-ci iln müvafiq dövrünə nisbətən 3,8 faiz artım deməkdir. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1782 min nəfər olub, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.




