DONALD TRAMP ŞƏRT QOYDU
“HÖRMÜZ BOĞAZI AÇIQ OLSA DA, DƏNİZ BLOKADASI DAVAM EDƏCƏK”
“Hörmüz boğazı İsrail və Livan arasında atəşkəs müddəti ərzində açıq qalacaq”. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün “X” səhifəsində bildirib. ABŞ Prezidenti Donald Tramp isə “Truth” sosial şəbəkəsində qeyd edib ki, Hörmüz boğazının tamamilə açıq olmasına və tam keçidə hazırdır. Ancaq dəniz blokadası İranla ABŞ arasında əməliyyatlar 100 faiz başa çatana qədər tam gücdə və təsirdə davam edəcək. “Bu proses çox sürətlə getməlidir, çünki əksər məsələlər artıq danışıqlar yolu ilə həll olunub”, – deyə o əlavə edib.




