Haqqında:

Son illərdə dünya və yerli iqtisadiyyat yeni mərhələyə keçib. Rəqəmsallaşma, yeni biznes modelləri, geosiyasi risklər və bazarlardakı dalğalanmalar həm şirkətlərin, həm də vətəndaşların qərarlarına birbaşa təsir göstərir. Bu şəraitdə iqtisadi savadlılıq, biznes düşüncəsi və düzgün qərarvermə bacarığı artıq lüks deyil, zərurətdir. Azərbaycan mediasında isə iqtisadi maarifləndirmə, sahibkarlıq hekayələrinin peşəkar təqdimatı və biznes mədəniyyətinin formalaşdırılması üzrə ciddi boşluq mövcuddur. Xəbər axını var, amma Bloomberg, CNBC, Euronews Business kimi kanalların oynadığı strateji rolu yerinə yetirən lokal platforma demək olar ki, yoxdur. Biznes TV məhz bu boşluğu doldurmaq üçün qurulub. 2024-cü il 25 aprel tarixində “Sahibkarlar Günü”ndə təsis edilib. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarı ilə 18 oktyabr 2024-cü ildə isə platforma yayımçısı lisenziyası alıb
Biznes TV həm kontent, həm də biznes modeli baxımından dayanıqlı və tərəfdaşlığa açıq media ekosistemi qurmağı hədəfləyir. Burada brendlər sadəcə reklam yerləşdirmir – öz nüfuzunu, mövqeyini və təsir gücünü gücləndirir.
Postlar
+ 0 k
Baxış
+ 0