ADAMBAŞINA 10 MİN DOLLARDAN 100 MİN DOLLARA
ABŞ-DƏN QRENLANDİYA SAKİNLƏRİNƏ PUL TƏKLİFİ
ABŞ administrasiyasının Qrenlandiya sakinlərini Danimarkadan ayrılaraq ABŞ-yə qoşulmağa təşviq etmək üçün birbaşa nağd ödəniş imkanlarını müzakirə etdiyi iddia olunur. “Reuters”in dörd mənbəyə istinadən yaydığı məlumata görə, Ağ Ev adambaşına 10 min dollardan 100 min dollara qədər birdəfəlik ödəniş variantını nəzərdən keçirir. Qrenlandiyanın təxminən 57 min nəfərlik əhalisi üçün bu məbləğin 6 milyard dollara çata biləcəyi bildirilir. Qrenlandiya və Danimarka rəsmiləri adanın “satış üçün olmadığını” bəyan edib. Bir sıra Avropa ölkələri də Qrenlandiyanın gələcəyi ilə bağlı qərarın yalnız Danimarka və yerli əhali tərəfindən verilə biləcəyini vurğulayıb.




