ABŞ İKİ GÜNƏ 5,6 MİLYARD DOLLARLIQ SURSAT İSTİFADƏ ETDİ
ABŞ İKİ GÜNƏ 5,6 MİLYARD DOLLARLIQ SURSAT İSTİFADƏ ETDİ
KONQRES EHTİYATLARIN TEZ TÜKƏNƏ BİLƏCƏYİNDƏN NARAHATDIR
ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk iki günündə təxminən 5,6 milyard dollarlıq sursat istifadə edib. Bu barədə The Washington Post məlumat yayıb. Bildirilir ki, bu məlumatlar martın 9-da Pentaqon rəsmiləri tərəfindən ABŞ Konqresi üzvlərinə təqdim olunub. Administrasiya yaxın günlərdə əlavə hərbi ehtiyaclar üçün 10 milyard dollara qədər vəsait ayrılmasını da istəyəcək. Məlumata görə, böyük həcmdə sursat istifadəsi Konqresdə ABŞ-nin qabaqcıl silah ehtiyatlarının tez tükənə biləcəyi ilə bağlı narahatlıq yaradıb.Bundan əvvəl The New York Times ABŞ-nin İrandakı əməliyyatın ilk həftəsində ümumilikdə təxminən 6 milyard dollar xərclədiyini, bunun təxminən 4 milyard dollarını sursata sərf etdiyini bildirmişdi.




