ABŞ İQTİSADİYYATI ÇÖKƏ BİLƏR
ABŞ İQTİSADİYYATI ÇÖKƏ BİLƏR
ÇİNLİ PROFESSORDAN XƏBƏRDARLIQ
Əvvəllər Donald Trampın prezident seçkilərində qələbəsini və ABŞ-İran qarşıdurmasını proqnozlaşdırması ilə diqqət çəkən çinli tarixçi professor Tszyan Syuetsin ABŞ iqtisadiyyatı ilə bağlı yeni xəbərdarlıq edib. Professor bildirib ki, ABŞ iqtisadiyyatı böyük ölçüdə Fars körfəzi ölkələrinin investisiyalarından asılı vəziyyətdədir. Onun sözlərinə görə, bu ölkələr dollar sistemindən uzaqlaşaraq Amerika texnologiyalarına və bazarlarına sərmayə yatırmağı dayandırsalar, bu, ABŞ iqtisadiyyatına ciddi zərbə vura bilər. “Əgər bu maliyyələşmə dayanarsa, ABŞ iqtisadiyyatı kollapsla üzləşə bilər”, – deyə professor vurğulayıb.




