AZƏRBAYCAN BAYRAĞI VƏ “HAZIR OLUN!”ÇAĞIRIŞI
ABŞ-NİN MÜƏMMALI MESAJI MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU
ABŞ-də diqqətlə izlənilən analitik və təhlükəsizlik strateqi Lyuk Koffi “X” platformasında Azərbaycan bayrağı fonunda cəmi iki sözlü mesaj paylaşaraq ciddi müzakirələrə səbəb olub. “Be prepared” – yəni “Hazır olun!” çağırışı ABŞ siyasi dairələrində geosiyasi siqnal kimi qiymətləndirilir.Bu barədə MUsavat .com xəbər verir. Qeyd edək ki, Lyuk Koffi ABŞ-nin nüfuzlu “Hudson Institute”unun aparıcı tədqiqatçısıdır və Avropa, Avrasiya, NATO və transatlantik təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda ciddi təsir imkanlarına malik analitiklərdən sayılır. O, uzun illər strateji düşüncə mərkəzlərində çalışaraq ABŞ xarici siyasətinin formalaşmasında iştirak edib. Ekspertlər bildirir ki, mesajın Azərbaycan bayrağı ilə paylaşılması təsadüfi deyil. Bu, regionda yeni geosiyasi konfiqurasiyaya işarə kimi dəyərləndirilir. ABŞ, xüsusilə Cənubi Qafqaz və Orta Asiyada strateji planlarını nəzərə alaraq Bakı ilə bağlı öncədən siqnal verir. Eyni zamanda, mesajın İran və Cənubi Azərbaycan kontekstində də dolayı xəbərdarlıq ola biləcəyi vurğulanır. Son həftələrdə Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi şəhərlərdə artan etirazlar və sosial gərginlik fonunda “Hazır olun” çağırışı regiondakı proseslərin sürətlənməsinə işarə kimi qiymətləndirilir.




