ABŞ-NİN MÜHARİBƏ XƏRCLƏRİ
ABŞ-NİN MÜHARİBƏ XƏRCLƏRİ
İLK 24 SAAT 779 MİLYON DOLLARA BAŞA GƏLDİ
Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar ABŞ büdcəsinə ilk gündən ciddi maliyyə yükü yaradıb. “Anadolu” agentliyinin hesablamalarına görə, ABŞ Silahlı Qüvvələri döyüş əməliyyatlarının ilk 24 saatı ərzində təxminən 779 milyon dollar vəsait sərf edib. Bu məbləğ 2026-cı il üzrə ABŞ-nin ümumi hərbi büdcəsinin təxminən 0,1 faizinə bərabərdir. Ən böyük xərc “Tomahawk” qanadlı raketlərinin buraxılışı olub.Bu istiqamətdə təxminən 340,4 milyon dollar xərclənib. İkinci yerdə qırıcı təyyarələrin döyüş uçuşları dayanır – bu əməliyyatlara 271,3 milyon dollar sərf edilib.Üçüncü ən böyük xərc isə HIMARS reaktiv yaylım atəş sistemi, kəşfiyyat məlumatlarının toplanması və maddi-texniki təminatla bağlı olub. Bu istiqamətlər üzrə ümumilikdə 122,2 milyon dollar vəsait xərcləndiyi bildirilib. Strateji B-2 bombardmançıları ilə həyata keçirilən zərbələrin dəyəri isə təxminən 30,2 milyon dollar təşkil edib. Bu arada İsrail Maliyyə Nazirliyi bəyan edib ki, İranla müharibə nəticəsində ölkəyə dəyən iqtisadi zərər həftəlik 2,9 milyard dollara çata bilər.




