ABŞ-NİN NÜFUZLU QƏZETİ KÜTLƏVİ İXTİSARLARA BAŞLADI
“THE WASHINGTON POST”DA MALİYYƏ ÇƏTİNLİKLƏRİ
ABŞ-nin nüfuzlu “The Washington Post” qəzeti maliyyə çətinlikləri ilə əlaqədar olaraq işçilərinin kütləvi ixtisarına başladığını açıqlayıb. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, nəşrin baş redaktoru Mett Mürrey bu qərarı kollektivlə keçirilən görüş zamanı elan edib. Siyasət və hökumət mövzularını işıqlandıran əsas şöbə istisna olmaqla, qəzetin bütün şöbələrində dəyişikliklər nəzərdə tutulur. Bundan əlavə, idman bölməsinin də bağlanacağı açıqlanıb.




