ABŞ PREZİDENTİ ADINA İÇKİ SATILACAQ TRAMPIN OĞLU ARAQ BİZNESİNƏ BAŞLAYIR
ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp “Trump” brendi ilə araq istehsalına başlanıldığını açıqlayıb. Bildirib ki, içkiyə sifarişlər xüsusi yaradılan sayt vasitəsilə qəbul olunur. Belə ki, 0,75 litrlik şüşə “Trump Vodka”nın qiyməti 47,45 dollardır. Bu rəqəmin Trampın ABŞ-nin 47-ci prezidenti, ilk müddətdə isə 45-ci prezident olması ilə bağlı simvolik məna daşıdığı qeyd edilir. Xatırladaq ki, Donald Tramp 2005-2011-ci illərdə də öz adı ilə araq istehsal etdirib. Həmin dövrdə məhsul əvvəlcə Niderlandda, daha sonra isə Almaniyada istehsal olunub.




