ABŞ YAXIN ŞƏRQƏ 10 MİN SÜNİ İNTELLEKTLİ DRON GÖNDƏRDİ
“PATRİOT” RAKETİNİN BURAXILIŞI 4 MİLYON DOLLARA BAŞA GƏLİR
ABŞ YAXIN ŞƏRQƏ 10 MİN SÜNİ İNTELLEKTLİ DRON GÖNDƏRDİ
İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ Yaxın Şərqə süni intellekt texnologiyası ilə təchiz olunmuş təxminən 10 min dron göndərib. “ABC News” -un məlumatına görə söhbət “Merops” sistemlərindən gedir. Bu sistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlara qarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatına görə, “Merops” sistemləri Ukraynada da tətbiq olunur.ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəl bildirib ki, Vaşinqton İranın “Şahid” dronlarına qarşı bahalı “Patriot” raket sisteminə alternativ axtarır. O qeyd edib ki, tək bir “Patriot” raketinin buraxılışı 4 milyon dollara başa gəlir, bu isə 20 min dollardan az olan “Şahid” dronlarına qarşı müdafiəni çox bahalaşdırır.




