“ABŞERON-ŞƏRAB” CƏRİMƏLƏNDİ
“ABŞERON-ŞƏRAB” CƏRİMƏLƏNDİ
MƏHKƏMƏ APELLYASİYA ŞİKAYƏTİNİ RƏDD ETDİ
“Abşeron-Şərab” ASC gecikmiş hesabatına görə 1500 manat cərimələnib. Belə ki, şirkət 2024-cü il illik hesabatını gec təqdim etdiyi üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimə olunub.
Abşeron Rayon Məhkəməsi cəriməni təsdiqləyib, şirkətin apellyasiya şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib. Qeyd edək ki, bundan əvvəl “Abşeron-Şərab” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də 2 min manatlıq cərimə edilib. Amma məhkəmə həmin cərimə protokolunu ləğv edib.




