ABŞERONDA BU EVLƏR PLANA DÜŞDÜ
ABŞERONDA BU EVLƏR PLANA DÜŞDÜ
YÜKSƏK MƏBLƏĞDƏ KOMPENSASİYA ÖDƏNİLƏCƏK
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.Oxu. az xəbər verir ki,buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının aşkar edilməsidir. Sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.Qeyd edək ki, həmin ərazi Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir və 2025-ci ilin noyabr ayında həmin ərazidəki evlərdə metan qazı aşkarlanmışdı




