ADAM BAŞINA DÜŞƏN ÜDM 11 356 MANATA ÇATDI
ADAM BAŞINA DÜŞƏN ÜDM 11 356 MANATA ÇATDI
AZƏRBAYCAN İQTİSADİYYATININ 11 AYLIQ MƏNZƏRƏSİ
Bu ilin yanvar–noyabr aylarında Azərbaycan iqtisadiyyatı 116,3 milyard manatlıq ÜDM istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, artım əsasən qeyri-neft sektorunun 3,2%-lik yüksəlişi hesabına formalaşıb. Neft-qaz sektorunda isə 1,8% azalma qeydə alınıb. ÜDM-in strukturunda sənaye 34% payla liderliyini qoruyur. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 11 356 manat olub.




