ADY-DƏN İNVESTORLARA 7%-LİK GƏLİR
ADY-DƏN İNVESTORLARA 7%-LİK GƏLİR
30 MİLYON DOLLARLIQ İSTİQRAZ BURAXILIR
“Azərbaycan Dəmir Yolları” QSC “Bakı Fond Birjası” QSC-də 30 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.Söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesi icra edən “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər Bakı Fona Birjasının üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb. İstiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsait 7 ədəd magistral lokomotivin alınmasına, 20 % ƏDV və gömrük rəsmiləşdirilməsinə sərf olunacaq.




