AGENTLİYİNİN SABİQ SƏDRİ HƏBS EDİLDİ
AGENTLİYİNİN SABİQ SƏDRİ HƏBS EDİLDİ
ZİYANIN 5 MİLYON MANATDAN ÇOX OLDUĞU BİLDİRİLİR
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Unikal.azın məlumatına görə onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə,vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bəhruz Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.




