ŞİRKƏT REYTİNQDƏ GERİLƏDİ
“AL MARKET”İN VERGİ BORCU 257 MİN MANATI KEÇDİ
“Al Market” MMC-nin vergi borcu 257 min 334 manata çatıb. Bu barədə FED.az Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.Bildirilib ki, şirkətin 2025-ci ildə ödədiyi vergi məbləği 2024-cü illə müqayisədə 3,2 milyon manat azalaraq 20 milyon manat olub. 2025-ci ilin nəticələrinə görə, “Al Market” MMC ən çox vergi ödəyən 100 şirkət arasında 70-ci yerdə qərarlaşıb. Bu da əvvəlki illə müqayisədə 13 pillə geriləmə deməkdir.Qeyd edək ki, şirkət 2018-ci ilin sentyabrında qeydiyyatdan keçib və nizamnamə kapitalı 42 milyon manatdan çoxdur.




