AMERİKA VƏTƏNDAŞLIĞI PULLA ALINIR?
VAŞİNQTONDAN İNVESTORLAR ÜÇÜN CAZİBƏDAR TƏKLİF
ABŞ administrasiyası xarici sərmayələri cəlb etmək üçün səs-küyə səbəb olan yeni təşəbbüsə start verib. Rəsmi şəkildə istifadəyə verilən “Qızıl Kart” proqramı artıq 1 milyon dollar investisiya edən əcnəbilərə sürətləndirilmiş “Green Card” alma imkanı yaradır.Yeni mexanizm ABŞ iqtisadiyyatına əlavə kapital cəlb etməyi hədəfləsə də, ictimaiyyət arasında “vətəndaşlıq pulla satılırmı?” sualını da gündəmə gətirib.
Proqramın şərtlərinə görə:
Müraciət haqqı: 15 000 dollardır
Təsdiqdən sonra tələb olunan investisiya: 1 milyon dollardır
Ərizə rədd edilərsə: 15 000 dollar geri qaytarılmır və birbaşa ABŞ xəzinəsinə köçürülür.
Qeyd edək ki, proqram ilk elan olunanda investisiya məbləği 5 milyon dollar idi. Lakin tələb olunan məbləğin yüksək olması və geniş tənqidlər səbəbindən rəqabət qabiliyyətini artırmaq üçün bu rəqəm 1 milyon dollara endirilib. https://fed.az/az/turizm/abs-da-qizil-kart-ise-dusdu-247171




