ANALIQ MƏZUNİYYƏTİNƏ ÇIXANLARA XOŞ XƏBƏR
ANALIQ MƏZUNİYYƏTİNƏ ÇIXANLARA XOŞ XƏBƏR
ÖDƏNİŞLİ MƏZUNİYYƏT QAYDALARINDA DƏYİŞİKLİK OLACAQ
Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir. Bu məsələ Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. Yeni dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır. Bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi isə qısaldılmır.Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.




